Azərbaycan idmançıları Tiflisdə erməniləri döydülər
25.05.2009 - 15:27
Azərbaycan idmançıları Tiflisdə erməniləri döydülər
Gürcüstanın paytaxtı Tiflisdə karatenin kyokuşinkay növü üzrə beynəlxalq turnir keçirilib. APA-nın Tiflis bürosunun məlumatına görə, yarışda Azərbaycan, Gürcüstan və Ermənistan idmançıları mübarizə aparıblar.
Həmvətənlərimiz turnirdə 5 qızıl, 4 gümüş və 8 bürünc medal qazanıblar. Karateçilərimizin əldə etdikləri qələbələr arasında xüsusilə ikisi yaddaqalan olub. Belə ki, Cavad Atakişiyev erməni rəqibi Eduard Petrosyana tam üstünlüklə qalib. Eyni zamanda, Samir Xəlilov da düşmən ölkənin nümayəndəsini döyüb.

Yarışda Azərbaycan Kyokuşinkay Federasiyasının prezidenti Vidadi Xəlilov və vitse-prezident Elməddin Salehov də iştirak edib.
0