Milli komandamız İspaniyaya gedir
29.09.2009 - 17:50
Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandamız bu gün saat 20.00-da İspaniyaya yola düşür. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamız oktyabrın 3-də və 8-də ayrı-ayrılıqda 2 beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Daha sonra İspaniya yığması ilə birgə təlim-məşq toplanışında iştirak edəcək.
Federasiyanın vitse-prezidenti Namiq Abdullayevin rəhbərliyi altında səfər edən komandanı turnirlərə baş məşqçi Arif Abdullayev və məşqçi Namiq Quliyev hazırlayıb.
Toğrul Əsgərov (55 kq), Hacı Əliyev (60 kq), David Suynucxanov (66 kq), Kazım Abbasov (74 kq), Turqay Məmmdov (84 kq), Aslanbek Albarov (96 kq) və Aslan Dzebisovdan (120 kq) ibarət komandamız 10 gün müddətində İspaniyada olacaq və oktyabrın 9-da Vətənə qayıdacaq.

- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
0
0