Azad Rəhimov BOK-un sessiyasına qatılacaq
30.09.2009 - 10:52
Azərbaycanın gənclər və idman naziri (AGİN) Azad Rəhimov Danimarkaya səfər edəcək. Nazirliyin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Rəhimov bu ölkənin paytaxtı Kopenhagendə oktyabrın 1-dən 9-dək keçiriləcək Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 121-ci sessiyası və XIII Olimpiya Konqresinə qatılacaq.
2016-cı il üçün XXXI Olimpiya Oyunlarına ev sahibliyi edəcək namizəd şəhərlərin təqdim edilməsi, seçilməsi və BOK-un prezidenti tərəfindən qalib şəhərin elan olunması adıçəkilən qurumun 121-ci sessiyasında gerçəkləşəcək. Yəni XXXI Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin adı artıq gələn ayın ilk həftəsində müəyyənləşəcək. XIII Olimpiya Konqresində idmançılar, federasiyalar və Milli Olimpiya Komitələri arasında münasibətlər, məşqlərdə və yarışlarda sağlamlığın qorunması, Olimpiya Hərəkatının strukturu, muxtariyyəti, idmanın daha səriştəli idarə olunması və idmanda etika, gənclər idman tədbirləri və bir sıra mövzular barədə müzakirələr planlaşdırılır. Naziri dünyanın idman sahəsində məsul rəhbərlərinin toplaşacağı bu tədbirdə ölkəmizi təmsil edəcək.

- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
0
0