Cüdonun canlı əfsanəsi Bakıya gəlir - FOTO
01.10.2009 - 17:31
Oktyabrın 10-da Bakı İdman Sarayında start götürəcək kişi cüdoçular arasında Dünya Kubokunda 11 milli komandanın iştirakı təsdiqlənib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yığmamızla yanaşı, yarışda Rusiya, Polşa, Portuqaliya, Gürcüstan, Yunanıstan, Norveç, İsrail, Fransa, Yaponiya və Hollandiyanın çıxış edəcəyi dəqiqdir.
Bu kollektivlərdən Rusiya, Polşa, Gürcüstan və Fransa paytaxtımıza böyük heyətlə gələcək. Bundan başqa, Türkiyə və Belarus yığmalarının da Dünya Kubokuna qatılacağı gözlənilir. Turnirə Avropa Cüdo İttifaqının prezidenti Sergey Soloveyçik də təşrif buyuracaq. Ölkəmizin cüdo həvəskarları bu idman növünün canlı əfsanəsi, yeganə üçqat olimpiya çempionu, yaponiyalı Nomura Tadahironun çıxışını izləmək imkanı qazanacaqlar. Dünya Kuboku iki gün davam edəcək.

- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
0
0