Azərbaycan yığmasının İrəvana getməyəcəyi rəsmiləşdi
01.02.2010 - 22:21
Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının fevralın 13-də Ermənistanın paytaxtı İrəvanda start götürəcək Dünya Kubokundan imtinası rəsmiləşib. Lent.az-ın məlumatına görə, bu haqda “Novosti-Armeniya”ya turnirin mətbuat katibi Eduard Kələntəryan açıqlama verib.
O bildirib ki, bu gün Ermənistan Güləş Federasiyası Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasından (FİLA) məktub alıb. Sənəddə Azərbaycan yığmasını Dünya Kubokunda Özbəkistanın əvəzləyəcəyi göstərilib.
Kələntəryanın sözlərinə görə, Azərbaycan tərəfi iki gün davam edəcək yarışdan imtinasına səbəb kimi 13 – 18 apreldə Bakıda keçiriləcək Avropa çempionatına daha yaxşı hazırlaşmaq istəyini göstərir. O, həmçinin FİLA-nın buna görə Azərbaycan Güləş Federasiyasına heç bir intizam sanksiyası tətbiq etməyəcəyini açıqlayıb.
Qeyd edək ki, Dünya Kubokunda Türkiyə, İran, Rusiya, Gürcüstan, Ermənistan, Kuba və Macarıstan da mübarizə aparmalıdır.

- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0