Mundial üçün yeni qayda: Penalti vuran futbolçuya qadağa qoyuldu!
19.05.2010 - 09:39
Futbol Assosiasiyalarının Beynəlxalq Komitəsi oyunlar zamanı penalti zərbələrini yerinə yetirilməsi qaydasını dəyişdirib. Apasport.az saytının məlumatına görə, faktiki olaraq əvvəlki qaydalara qayıdan komitə 11 metrlik cərimə zərbəsi vurulmazdan öncə topa yaxınlaşan futbolçunun aldadıcı hərəkət etməsinə qadağa qoyub.
Bu hərəkətlər rəqib qapıçını çaşdırmaq məqsədilə edilirdi. Ancaq futbolçunun zərbə vurmazdan öncə aldadıcı hərəkət etməsi qayda pozuntusu, idmançıya yaraşmayan hərəkət sayılacaq və ona sarı vərəqə göstəriləcək. Qurumun üzvü Patrik Nelson çıxardığı qərara belə izah verib: “Biz belə vəziyyətlər olan bir sıra videoyazıları izlədik. Futbolçu qaçır və özünü elə göstərir ki, sanki zərbə vurmağa hazırlaşır. Ancaq o dayanaraq, qapıçını vaxtından əvvəl küncə tullanmağa məcbur edir. Bu, tamamilə idmançıya yaraşmayan hərəkət kimi xarakterizə oluna bilər”.
Qeyd edək ki, yeni qayda artıq gələn ayın 1-dən, yəni DÇ-2010-un oyunları zamanı tətbiq olunacaq. Futbolçunun qaçışdan öncə pauza etməsi qayda pozuntusu sayılacaq və ona xəbərdarlıq edilməklə yanaşı, müdafiə olunan komandanın xeyrinə sərbəst zərbə təyin olunacaq.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0