Dünya çempionatında ən bahalı otellərdə qalan yığmalar
11.06.2010 - 09:52
Bu gün Cənubi Afrika Respublikasında start götürəcək dünya çempionatında ən bahalı otellərdə qalan yığmaların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “qara qitə”yə yollanan komandalar arasında ən varlısı Fransa yığması hesab olunur.
Bir gününə hər otaq üçün 589 avro verən Raymond Domenikin yetirmələri 5 ulduzlu “Pezula de Knysna”da gecələyirlər. Maraqlıdır ki, ölkələrinin ən bahalı oteldə qalması Fransa idman naziri Rame Yadeni əsəbiləşdirib və o, yerli mətbuatda bu halı pisləyib: “Dünyanın maliyyə böhranı keçirdiyi bir vaxtda belə oteldə qalmaq yaxşı hal deyil”.
Fransızlardan sonra komandaya daha çox pul xərcləyən Yaponiya millisidir. Onlar otelə 395 avro ödəyirlər. İlk “üçlüy”ü Kamerun komandası qapayır. 4 ulduzlu oteldə qalan afrikalılar gündə 319 avro ziyana düşürlər.
Kamerun yığması kimi, Avropa çempionatında rəqibimiz Almaniya futbolçuları da 4 ulduzlu oteldə “yaşamağı” üstün tutublar. Onlardan 66 avro ucuz oteli isə İtaliya komandası sifariş verib.
İlk “onluq”da daha sonra Hollandiya (191 avro), İsveçrə (170 avro), Əlcəzair (115 avro), Serbiya (115 avro) və Kot d’İvuar (112) milli komandaları yer alıblar.

0
0