Fransa milli komandasında üsyan
11.06.2010 - 09:55
Fransa yığmasının futbolçuları baş məşqçi Raymond Domenekin komandadan kənarlaşdırılmasını tələb edirlər. Əslində, çalışdırıcı ilə komandanın liderləri arasında münaqişə çoxdan vardı. Apasport.az saytının xəbərinə görə, qarşıdurma Domenekin əsas oyunçulardan biri Tyeri Anrini yığmada saxlamaq istəmədiyini deməsindən sonra daha da gərginləşib.
İndi iş o yerə çatıb ki, futbolçular Domenekə inanmadıqlarını, meydanda nə etməli olduğunu məşqçidən yaxşı bildiklərini söyləyiblər. Fransa yığmasının futbolçularının əksəriyyəti heyətdə Qurkyuff və Qovunun əvəzinə Anri ilə Abu Diabini görmək istəyirlər.
Kosta-Rikaya qarşı yoldaşlıq matçında Anelka topu Qurkyuffa ötürmək istəməyib. Frank Riberi isə Çinlə oynanan və fransızların məğlubiyyəti ilə başa çatan matçda da başqa futbolçulara topu ötürüb. "Domenekə bəlkə də yardım təklif edər, nəyisə məsləhət görərdik. Lakin o, bizi dinləyən deyil", - Fransa yığmasının müdafiəçisi Bakari Sanya söyləyib.

- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0