Mundialın bombardirləri: CAR-a aparılmayan “Yekədiş” rekordçudur!
11.06.2010 - 17:00
Hər bir turnirin qalibi ilə yanaşı, bombardiri də diqqət mərkəzinə düşür. Bu mənada dünya çempionatının ən sərrast oyunçusu olmaq çempionluqdan heç də az əhəmiyyətli uğur deyil. Hər halda, bombardirin aldığı “Qızıl buts” böyük mükafat sayılmalıdır. Maraqlıdır, indiyə kimi buna nail olan kimlər olub və bunu harada, neçə qolla əldə edib? Startı verilən DÇ-2010-da bu da maraqlı məqamdır və tarixə boylanmağı lazım bildik.
Dünya çempionatlarının bombardirləri
DÇ-1930 - Uruqvay. Gilyerme Stabile (Argentina) – 8 qol
Komanda yoldaşının zədələnməsi nəticəsində meydana çıxan Stabile mundialın qəhrəmanı olur. Hücumçu Meksika ilə görüşdə fərqlənməklə, DÇ tarixində ilk het-trikə imza atır. Yığması ilə finala kimi irəliləyən Stabile ilk dünya çempionu kimi də tarixə düşür.
DÇ-1934 – İtaliya. Oldric Needlı (Çexoslovakiya) – 5 qol
Mundialın ikinci bombardiri də finala çıxsa da, gümüş medalla kifayətlənməli olur. Needlının turnirdə vurduğu qollarından biri isə bundan 72 il sonra hesaba alınır. Belə ki, FİFA araşdırmalarının nəticəsində Oldriçin 4 yox, 5 qol vurduğunu təsdiqləyir və hücumçu bununla da tək bombardir kimi sayılır.
DÇ-1938 – Fransa. Leonidas da Silva (Braziliya) – 8 qol
Ardıcıl üçüncü dəfə çempionatın bombardiri mükafatçısı olur. Ancaq bu dəfə qızıl, gümüş yox, bürünc medalçı. Bunu qazanan Leonidas sonradan məşhur şərhçiyə çevrilir.
DÇ-1950 – Braziliya. Ademir (Braziliya) – 9 qol
Ardıcıl ikinci dəfə mundialın bombardiri braziliyalı futbolçu olsa da, onların yığması hələ ki 1-ci ola bilmirdi. Gümüş medal qazanan Ademir onunla təsəlli tapa bilər ki, həmin vaxt qol sayında yeni rekord müəyyənləşdirir.
DÇ-1954 – İsveçrə. Şandor Koçiş (Macarıstan) – 11 qol
“Qızıl baş” ləqəbli hücumçu mundialın vitse-çempionu olur. Koçiş həm qol, həm də bir turnirdə iki het-trik etməklə, yeni rekord vurur. Ancaq Şandor 49 yaşında faciəvi şəkildə dünyasını dəyişir. Düşdüyü avtomobil qəzasından mədəsində güclü ağrıları olan futbolçu əməliyyata iki gün qalmış özünü Barselonadakı klinikanın 4-cü mərtəbəsindən ataraq öldürür.
DÇ-1958 – İsveç. Jüst Fonten (Fransa) – 13 qol
Məşhur hücumçu medal qazanmayan ilk bombardir olsa da, onun rekordu indiyə kimi danışılır. Belə ki, indinin özündə də yaşayan, əslən Mərakeşdən olan Fontenin bir turnirdə ən çox qol futbolçu kimi rekordu əlçatmazdır.
DÇ-1962 – Çili. Florian Albert (Macarıstan), Qarrinça, Vava (hər ikisi Brazliya), Drajan Yerkoviç (Yuqoslaviya), Valentin İvanov (SSRİ), Leonel Sançes (Çili) – 4.
Bu mundial ilk dəfə vahid bombardirin olmamağı ilə tarixə düşür. Belə ki, həmin vaxt 5 futbolçu eyni sayda qola vuraraq, şərikli lider olur. Hər halda, həmin vaxt Braziliya yığmasının dünya çempionu olduğu nəzərə alsaq, Qarrinça ilə Vavanın uğuru daha ağır çəkili sayılır.
DÇ-1966 – İngiltərə. Eysebio (Portuqaliya) – 9 qol
Portuqaliya futbolunun əfsanəvi həmin mundial qızıl medal olmasa da, bombardirə verilən “Qızıl buts”a sahib çıxır. Eysebio məşhur futbolçumuz Anatoli Banişevskinin heyətində yer aldığı SSRİ yığması ilə 3-cü yer uğrunda qalib olaraq, bürünc medal qazanır.
DÇ-1970 – Meksika. Herd Müller (Almaniya) – 10 qol
İlk almaniyalı bombardir kimi tarixə düşən Müller həmin vaxt bürünc medal qazandı. Əfsanəvi hücumçu vətənində keçirilən növbəti mundilada dünya çempionu olsa da, cəmi 4 qol vurmuşdu. Bununla belə, Müller 14 qolla uzun müddət mundialın ən sərrast oyunçusu oldu. Yalnız son DÇ-də braziliyalı Ronaldo bu rekordu qıra bildi.
DÇ-1974 – Almaniya. Qjeqoj Lyato (Polşa) – 7 qol
Mundial tarixində ilk və yeganə polşalı bombardir olan Lyato ölkəsinin ən yaxşı futbolçularından sayılır. Həmin vaxt İspaniyanın “Valensiya” klubunda oynayan Mario mundilada yığmasının yeganə legioneri idi. O, yaxın keçmişdə Polşa Futbol İttifaqının prezidenti olub.
DÇ-1978 – Argentina. Mario Kempes (Argentina) – 6 qol
Kempes Hollandiya ilə finalda etdiyi dublla yığmasını dünya çempionluğa daşıyır. Hücumçu mundialın həlledici görüşündə ilk dublun müəllifi kimi tarixə düşür.
DÇ-1982 – İspaniya. Paolo Rossi (İtaliya) – 6 qol
Rossi də dünya çempionu olan bombardirlərdəndir. Özü də maraqlıdır ki, futbolçu mundiala həbsxanadan yeni çıxaraq yollanır. Paolo 1979-cu ildə “Peruca” klubunda oynayan zamanı totalizator oyunlarında fırıldaqlara görə iki il cəzalanaraq dustaqxanaya göndərilir. “Yuventus”da Mişel Platini və Zbiqnev Boneklı birgə “qızıl hücum üçlüyü”nü yaradan Rossinin cəzası turnirə bir ay qalmış bitir. Ancaq o, uzun müddət futboldan kənarda qalmasını mundialda qətiyyən hiss etdirmir. Rossi həmin ildə “Qızıl buts”la yanaşı, dünyanın və Avropanın ən yaxşı futbolçusu adını qazanır.
DÇ-1986 – Meksika. Harri Lineker (İngiltərə) – 6 qol
Linekerin həmin mundialda zədəli çıxış etməsi uğurunu bir-beş artırır. İngiltərə Futbol Federasiyası FİFA-ya futbolçunun əli sarğılı oynamasına icazə verməklə bağlı müraciət edir və buna müsbət cavab alır. Linekerin dünya çempionluğunu yolunu Dieqo Maradonanın əllə qol vurduğu oyun bağlayır. Harri Argentina yığmasına 1:2 hesabı ilə uduzduqları həmin görüşdə qol vursa da, bu, təsəllidən başqa bir şey olmur.
DÇ-1990 – İtaliya. Salvatore Skilaççi (İtaliya) – 6 qol
Skilaççi vətənində keçirilən mundialda ilk oyunda sonradan meydana çıxıb qol vurmaqla, diqqət mərkəzinə düşür və sonradan əsas heyətdə möhkəmlənir. Sonda bürünc medalçı, Avropanın ən yaxşı futbolçusu adını qazanan hücumçu mundialdan öncə həyat yoldaşına hər oyunda ona qol bağışlayacağını vəd edir və sözünün üstündə durur.
DÇ-1994 – ABŞ. Oleq Salenko (Rusiya) və Xristo Stoiçkov (Bolqarıstan) – hər ikisi 6 qol
Onların hər ikisi eyni sayda qol vurduğundan “Qızıl buts”a şərik çıxırlar. Salenkonun üstünlüyü ondadır ki, o, bir oyunda – Kamerunla görüşdə (6:1) 5 qol vurmaqla dünya rekorduna imza atır. Yəni mundialda belə göstəriciyə hələ heç kim nail olmayıb. Stoiçkov həmin il mundialda 4-cü yeri tutur, Avropanın ən yaxşı futbolçusu seçilir.
DÇ-1998 – Fransa. Davor Şuker (Xorvatiya) – 6 qol.
Şuker həmin mundialda yığmasının bürünc medal qazanmasında ən böyük rolu olan futbolçulardandır. Davor ¼ finalda milli komandamızın hazırkı baş məşqçisi Berti Foqtsu Almaniya yığmasından qovduqları görüşdə (3:0) də fərqlənmişdi.
DÇ-2002 – Cənubi Koreya və Yaponiya. Ronaldo (Braziliya) – 8
Mundial ərəfəsində olan dövrdə karyerasının eniş çağlarını yaşayan “yekədiş” zədələrdən ciddi əziyyət çəkirdi. Hətta onun yarışa aparılması da müzakirə mövzusuna çevrilmişdi. Lakin sonda Ronaldo Asiyada keçirilən ilk mundiala aparıldı. Hücumçu vurduğu qollarla məşqçilərinə təşəkkür edib komandasını çempionluğa daşıdı.
DÇ-2006 – Almaniya. Miroslav Kloze (Almaniya) – 7 qol
Kloze vətənində keçirilən turnirdə bombardir və bürünc medalçı olur. Polşa əsilli hücumçu təkcə yaxşı başla oynaması ilə yox, həm də hər qoldan sonra vurduğu salto ilə yadda qalır.
Mundialın bombardirlər siyahısı
Ronaldo (Braziliya) – 15 qol
Herd Müller (Almaniya) – 14 qol
Jüst Fonten (Fransa) – 13 qol
Pele (Braziliya) – 12 qol
Şandor Koçiş (Macarıstan), Yurgen Klinsmann (Almaniya) – 11 qol
Miroslav Kloze, Helmur Ran (Almaniya), Teofilo Kubinyas (Paraqvay), Qjeqoj Lyato (Polşa), Hari Lineker (İngiltərə), Qabriel Batistuta (Argentina) – 10 qol
Siyahıya nəzər saldıqda 1-ci yerin sahibi diqqət çəkir. Məsələ ondadır ki, Ronaldo ən çox qol vuran futbolçu olsa da, 4 dəfə iştirak etdiyi, 2 dəfə qalibi olduğu mundialda yalnız bir dəfə bombardir olub. Onun məşhur həmyerlisi Pele isə ümumiyyətlə mundialın ən yaxşı bombardir adını qazanmayıb. Üstəlik, “Futbol Kralı” hamıdan çox (3 dəfə) dünya çempionu olan yeganə oyunçudur. Son DÇ-də Mülleri qol sayında ötən Ronaldo ilk dəfə mundiala aparılmayıb. Siyahıya nəzərə saldıqda “Yekədiş” ləqəbli hücumçunu ötməyə ən real namizəd son mundialın bombardiri olan 32 yaşlı Klozeni saymaq olar.
Mehman SÜLEYMANOV

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0