İdmançımız Macarıstandan Avropa çempionu kimi dönür
14.06.2010 - 12:04
Macarıstanın Moşonmaqyarovar şəhərində WPC versiyası üzrə pauerliftinq və benç-press üzrə keçirilən Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 1 idmançı ilə təmsil olunduğumuz yarışdan Rüfət Ağayev vətənə qızıl medalla dönüb.
Belə ki, 125 kq çəki dərəcəsində dəfələrlə dünya və Avropa çempionu olan, bir neçə dəfə dünya rekorduna imza atan təmsilçimiz Macarıstanda da titul kolleksiyasına daha birini əlavə edib. İdmançımız 3 hərəkətin cəmində 1040 kq ağırlığın öhdəsindən gələrək bütün rəqibləri üçün əlçatmaz olub və bununla da növbəti dəfə Avropa çempionatının qalibi adına layiq görülüb.
Qeyd edək ki, Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti, 2 qat dünya və Avropa çempionu Ələddin Əliyev də Avropa çempionatı davam edən günlərdə Macarıstanda olub. O, beynəlxalq federasiya rəhbərliyi ilə 2011-ci ilin sentyabrında Bakıda keçirilməsi nəzərdə tutulan dünya çempionatının təşkilatçılığı ilə bağlı fikir mübadiləsi aparıb və çempionatın ən yüksək səviyyədə təşkil olunacağına dair təminat verib.

- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0