Bundestim mundialdan mükafatla qayıdacaq!
15.06.2010 - 10:55
Almaniya yığması DÇ-2010-un mükafatçısı olacaq. Apasport.az saytının məlumatına görə, statistika milli komandamızın baş məşqçisi Berti Foqtsun həmyerlilərinin mundialı medalçı kimi başa vuracağını deyir.
Məlum olduğu kimi, Bundestim ilk turda Avstraliya yığmasını darmadağın etməklə (4:0), DÇ-2010-da böyük hesablı qələbə qazanan ilk və hələ ki yeganə komandadır. Bununla da almanlar tarixlərində 6-cı dəfə mundiala böyük hesablı qələbə ilə başlayıb, arxada qalan beş belə nəticə isə sonda onların medalçı olması ilə yekunlaşıb. Əgər statistika yenə Almaniya yığmasına düşərli olsa, deməli, mükafat qaçılmazdır.
Qeyd edək ki, bundestim indiyə kimi keçirilən 19 mundialdan 17-də iştirak edib. İlk (1930) və 1950-ci ildə keçirilən turnirdən kənarda qalan almanlar startda daha çox qələbə qazanır. Yalnız bir dəfə - DÇ-1982-də (16 iyun) Əlcəzair yığmasına 1:2 hesablı məğlubiyyət istisna olub. Almaniya yığması ilk oyunlarının 12-də qələbə qazanıb, 4 dəfə heç-heçə edib, 1 dəfə uduzub (topların fərqi 46-12).
Almaniya yığmasının DÇ-nin final mərhələsində ilk oyunlarda böyük hesablı qələbələri
DÇ-1934. 27 may. Almaniya – Belçika – 5:2. 3-cü yer (bürünc medal)
DÇ-1954. 17 iyun. Almaniya – Türkiyə - 4:1. 1-ci yer (qızıl medal)
DÇ-1966. 12 iyul. Almaniya – İsveçrə - 5:0. 2-ci yer (gümüş medal)
DÇ-1990. 10 iyun. Almaniya – Yuqoslaviya – 4:1. 1-ci yer (qızıl medal)
DÇ-2002. 1 iyun. Almaniya – Səudiyyə Ərəbistanı – 8:0. 2-ci yer (gümüş medal)
DÇ-2010. 13 iyun. Almaniya – Avstraliya – 4:0 ????

0
0