İlk sensasiya, ilk dubl və ikinci darmadağın - YENİLƏNİB
17.06.2010 - 00:24
İlk sensasiya, ilk dubl və ikinci darmadağın - YENİLƏNİB
Bu gün dünya çempionatının final mərhələsinin qrup oyunlarında ilk tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, CAR-da birinci matçını keçirmək növbəsi H qrupunun komandalarına çatıb.

Günün ilk matçında Amerika təmsilçiləri üz-üzə gəlib. Qitənin cənub hissəsini təmsil edən Çili ilə mundiala Mərkəzi və Şimali Amerika zonasından vəsiqə qazanan Honduras tarixlərində 6-cı duelə çıxıblar. İndiyədək heç vaxt “sülh”lə ayrılmayan rəqiblərin görüşlərində cənublular 4-cü qələbəsini qazanıblar.

İlk turun son qarşılaşmasında isə yarışın əsas favoriti İspaniya yığması İsveçrəni sınağa çəkib. Avropa çempionları qitənin ikinci komandası olan Almaniyadan başqa heç kimin parlamadığı mundiala rəng qatmağa çalışsa da, uğursuzluğa düçar olub. İndiyədək 18 dəfə qarşılaşdığı rəqibini 15 dəfə məğlub edən Visente del Boskenin yetirmələri ilk dəfə uduzmaqla, mundialın ilk sensasiyasının antiqəhrəmanı olublar.

H qrupundakı iki matçla I tura yekun vurulduqdan sonra A qrupu təmsilçiləri növbəti oyunlarına çıxıblar. İkinci turun start matçı məhsuldar alınıb. Günün ilk iki oyununun hər birində 1 qol vurulubsa, son matçda təkcə Forlan bu qədər fərqlənib. Meydan sahibləri ilə matçda mundialın ikinci böyük hesablı qələbəsini qazanan Uruqvay yığması bu nəticə ilə qrupda liderliyi ələ alıb.

16 iyun
H qrupu


16:30. HONDURAS – ÇİLİ - 0:1
QOL: Xuan Beausejour, 35
Baş hakim: Eddi Allen Mayllen (Seyşel adaları)
Mbombela. Nelspreyt stadionu
HONDURAS: Noel Valladares, Maurisio Sabillon, Osman Çaves, Maynor Fiqueroa, Emilio İzaquirre, Danilo Tursios, Vilson Palasios, Amado Quevara, Conni Palasios, Karlos Pavon, David Suazo
ÇILI: Klaudio Bravo, Maurisio İsla, Qari Medel, Valdo Ponse, Arturo Vidal, Karlos Karmona, Rodriqo Millar, Matias Fernandes, Esteban Paredes, Xuan Beausejour, Aleksis Sançes

19:00. İSPANİYA – İSVEÇRƏ - 0:1
QOL: Jelson Fernandes, 52
Baş hakim: Hovard Uebb (İngiltərə)
Durban. Şəhər stadionu
İSPANİYA: İker Kasilyas, Serxio Ramos, Xerard Pike, Karles Puyol, Xuan Kapdevilya, David Silva, Xabi Alonso, Xavi, Serxio Buskets, Andres İnyesta, David Vilya
İSVEÇRƏ: Dieqo Benalyo, Stefan Qriştinq, Stefan Lixşteyner, Filip Senderos, Reto Ziqler, Trankillo Barnetta, Gökhan İnlər, Bencamin Huggel, Jelson Fernandes, Eren Derdiyok, Bleysi Nkufo

II tur
A qrupu


23:30. CAR – URUQVAY - 0:3
QOLLAR: Forlan, 25; 80 (p); Luis Suares, 90+5
Qırmızı vərəqə: İtumelenq Kune (CAR), 76
Baş hakim: Massimo Buzakka (İsveçrə)
Pretoriya. Loftus Versfeld stadionu
CAR: İtumelenq Kune, Siboniso Qaksa, Aaron Mokoena, Bonqani Xumalo, Tsepo Masilela, Teko Modise, Kaqişo Dikqacoi, Steven Pienaar, Reneilue Letxolonyane, Sifive Şabalala, Katleqo Mpela
URUQVAY: Fernando Muslera, Dieqo Luqano, Dieqo Qodin, Maurisio Viktorino, Maksimiliano Pereyra, Dieqo Peres, Egidio Arevalo, Ignasio Qonzales, Alvaro Pereyra, Luis Suares, Dieqo Forlan