Kaka: Mənə qırmızı vərəqə haqsız göstərilib
21.06.2010 - 09:31
Braziliya yığmasının aparıcı futbolçusu Kaka dünya çempionatının Kot D’İuvar millisi ilə oyununda (3:1) baş hakimin onun haqda çıxardığı qərarı ədalətsiz sayır. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi fransalı baş hakim Stefan Lannuanın göstərdiyi qırmızı vərəqənin düzgün olmadığını bildirib.
Kaka ikinci hissədə qısa müddətdə iki sarı alaraq meydandan çıxarılıb: “Mən həmin epizodun təkrarına baxdım və əmin oldum ki, orada ümumiyyətlə, qayda pozuntusu yox idi. Mənə qırmızı vərəqə haqsız göstərilib. Ümid edirəm ki, FİFA bu məsələni araşdıracaq”.
Qeyd edək ki, Kaka cəza üzündən son turda Portuqaliya ilə görüşdə oynamayacaq.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0