Dövlət başçısı Fransa yığmasındakı qalmaqala qarışdı
21.06.2010 - 09:54
Dünya çempionatında uğursuz start götürən Fransa yığmasında qalmaqallar səngimək bilmir. Apasport.az saytının məlumatına görə, Nikola Anelkanın ardınca millinin kapitanı Patris Evranın da baş məşqçi ilə insidenti yaranıb.
Anelka baş məşqçi Raymond Domenekin ünvanına kobud ifadələr işlətdiyi üçün komandadan qovulub. Nikola Meksika ilə oyunun fasiləsində əvəzləndiyindən, baş məşqçini söyüb. Amma futbolçu ondan üzr istəməkdən imtina edib. Bu səbəbdən Fransa Futbol Federasiyası (FFF) Anelkadan yığmanın düşərgəsini tərk etməyi tapşırıb. Evra isə komandanın fiziki hazırlıq üzrə məşqçisi ilə dalaşıb və nəticədə məşq yarımçıq qalıb.
Fransalı futbolçular federasiyanın bu qərarına etiraz əlaməti olaraq, məşq etməkdən boyun qaçırıblar. Onlar məşqə gələrkən Evra komandanın mətbuat katibinə futbolçuların hazırladığı bəyanatı təqdim edib. Bəyanatda futbolçular məşqdə iştirakdan imtina etməklə yanaşı, federasiyanın qərarı ilə razılaşmadıqlarını göstəriblər.
FFF isə bəyanatında futbolçuların hərəkətinə haqq qazandırmayıb: “Qurum futbolçuların məşqə çıxmaqdan imtina etməsini biləndən sonra narahat olub. Futbolçuların sözlərinə görə, Anelka ilə bağlı vəziyyət ədalətsizdir. Buna baxmayaraq, Anelkanın yığmadan xaric olunmasına komandanın kapitanı Patris Evranın iştirakı ilə onunla söhbətdən sonra qərar verilib. Federasiya ölkəni təmsil edən futbolçuların yolverilməz hərəkətinə görə fransızlardan üzr istəmək istəyir”.
Baş verən qalmaqala ölkə prezidenti Nikolya Sarkozi də qarışıb. Dövlət başçısı hazırda mundialın keçirildiyi Cənubi Afrika Respublikasında olan idman naziri Rozelen Başelodan millidə qalmaqal iştirakçıları ilə görüşməyi tapşırıb. Bunlar yığmanın baş məşqçisi, kapitanı FFF prezidentidir. Başelo bildirib ki, Sarkozi də onun kimi millətin şərəfinə görə narahatdır: “Biz yaranmış vəziyyətdən çıxmaq üçün səbr və məsuliyyət nümayiş etdirməliyik. Cəzalandırıcı tədbirlərin vaxtı hələ gəlməyib, bu, qabaqdadır”.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0