“Bizə təzyiq böyük idi”
24.06.2010 - 08:29
“Komandamıza təzyiq böyük idi. Çünki hamı bizdən yalnız qələbə gözləyirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib.
Dünya çempionatının final mərhələsinin III turunda Qananı məğlub etməklə 1/8 finala vəsiqə qazanan Bundestimin çalışdırıcısı minimal hesablı qələbənin oyuna görə olmadığını açıqlayıb. Lövün fikrincə, komandası daha çox qol vura bilərdi: “Oyun çox gərgin alındı. Biz yaratdığımız qol imkanlarından istifadə etməli idik. Lakin biz heç də həmişə rəqibin cərimə meydanında dəqiq hərəkət etmirdik. Hücumun son mərhələsində konsentrasiyamız çatmırdı. Sevinirik ki, müsbət nəticə əldə edə bildik. İngiltərə ilə 1/8 finaldakı qarşılaşmasına gəlincə, görüş ərəfəsində indidən böyük ajiotaj var”.
Qeyd edək ki, Qananı 1:0 hesabı ilə məğlub edən Almaniya yığması 1/8 final mərhələsinin iyunun 27-də keçiriləcək matçında İngiltərə ilə görüşəcək.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0