FİFA prezidenti İngiltərə və Meksikadan üzr istədi
29.06.2010 - 13:40
FİFA prezidenti Yozef Blatter İngiltərə və Meksika futbol federasiyalarının rəhbərlərindən üzr istəyib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun rəhbəri CAR-da keçirilən dünya çempionatının 1/8 final mərhələsində qeydə alınan hakim səhvlərinə münasibət bildirmək qərarına gəlib.
Blatter Almaniya ilə oyunda ingiltərəli Frank Lempardın qolunun qeydə alınmamağının, həmçinin argentinalı Karlos Tevesin Meksika ilə qarşılaşmada oyundankənar vəziyyətdən fərqlənməsinin ədalətsizlik olduğunu etiraf edib: “Mən İngiltərə və Meksika futbol federasiyalarının nümayəndələri ilə söhbət etmişəm. Onlar hakim səhvlərinə məyus idilər. Mən onlardan üzr istədim. Başa düşürəm ki, onlar narazıdırlar və hakimliyi tənqid etmək haqları var. Həm ingilislər, həm də meksikalılar üzrxahlığımı qəbul etdilər”.
Qeyd edək ki, İngiltərə yığması Almaniyaya 1:4, Meksika isə Argentinaya 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0