Hakimlər Komitəsinin sədri səhvləri etiraf edir
12.07.2010 - 13:55
CAR-da keçirilən dünya çempionatının final mərhələsinin oyunlarında qeydə alınan hakim səhvləri FİFA-nı məsələyə münasibət bildirməyə vadar edib. Apasrort.az saytının məlumatına görə, qurumun Hakimlər Komitəsinin rəhbəri Xose Mariya Qarsia Aranda idarəçilikdə müəyyən qüsurların olduğunu etiraf edib.
Öz hakimlərinin müdafiəsinə qalxan Qarsia qərarların 4 faizinin səhv olduğunu da etiraf edib: “Biz böyük müvəffəqiyyət qazandıq. Bu, sadəcə fikir yox, faktdır. Biz hər şeyin ideal olduğunu iddia etmirik. Ən vacib olanı odur ki, hakim qərarlarının əksəriyyəti düzgün olub. Qəbul edilən qərarların 96 faizi düzgün olub. Buna görə də hakimlik baxımından dünya çempionatı yaxşıdan da yaxşı keçdi”.
Qeyd edək ki, Qarsianın açıqladığı rəqəmlərə əsasən hər 25 qərardan 1-i səhv olub.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0