2 güləşçimiz Olimpiya çempionu oldu
16.08.2010 - 11:17
Azərbaycan idmançıları Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya Oyunlarına uğurla başlayıblar. Apasport.az saytının məlumatına görə, yarışın ilk iki günündə mübarizəyə qoşulan 2 həmyerlimiz qızıl medal qazanıb.
Belə ki, yunan-Roma güləşi üzrə Murad Bazarov (42 kq) rəqiblərinə öz gücünü göstərib. İlk görüşdə ukraynalı Aleksey Jabskinin kürəyini yerə vuran təmsilçimiz növbəti mərhələdə ekvadorlu Anri Pilaya da eyni aqibəti yaşadıb. Maraqlıdır ki, Bazarov final görüşündə də Yosvanis Pena Floresə (Kuba) əvvəlki döyüşlərində olduğu kimi eyni – 3:0 hesabı ilə qalib gələrək, Olimpiya çempionu adına sahib olub.
Onun uğurunu 52 kq çəki dərəcəsində xalçaya çıxan Elman Muxtarov da təkrarlayıb. Birinci döyüşündə belaruslu Andrey Pikuzaya 3:0 hesabı ilə qalib gələn həmyerlimiz kubalı Johan Rodriquezi də məğlub etməkdə çətinlik çəkməyib – 3:1. Finalda isə Muxtarov Nurbek Hakkulov (Özbəkistan) üzərində inamlı qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Sinqapura 12 idmançı ilə yollanan Azərbaycan yığmasının heyətində bu gün mübarizəyə Patimat Baqometova (52 kq) qoşulacaq. Qızların yarışında qüvvəsini sınayacaq təmsilçimiz birinci döyüşündə əlcəzairli Sabrina Azzouzla üz-üzə gələcək.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0