Mövlud Mirəliyev yeni işə başlayır
17.08.2010 - 12:21
“Zədələr yarışlarda iştirakıma imkan vermir. Biri sağalır, digəri yenidən məni çətin vəziyyətə salır. Əsas problemim isə onurğa sütunumla bağlıdır”. Bu sözləri apasport.az saytına açıqlamasında Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyev deyib.
Cüdoçumuz sentyabrın 9-da Yaponiyanın paytaxtı Tokioda start götürəcək dünya çempionatında iştirak etməyəcək. Onun çəkisində - 100 kq-da tatamiyə Avropa çempionu Elmar Qasımov çıxacaq. Mirəliyev bildirib ki, planetin ən mötəbər yarışını buraxmaq məcburiyyətində qalsa da, növbəti turnirlərdə qüvvəsini sınamağı planlaşdırır: “Zədəmin sağalması üçün vaxt lazımdır. Ağır çəkili olduğum üçün məşqləri buraxa bilmirəm. Çünki istəyirəm ki, daima formada olum. Dünya çempionatında yığmamızın digər üzvü – Elmar Qasımov mübarizə aparacaq. O, güclüdür və mən lisenziya qazana bilməsəm də, gənc idmançımız Londona yollanmaq şansı var. Yəni bu çəkidə yığmamızın problemi yoxdur. Fikrimcə, tək Qasımov deyil, milli komandamızın digər üzvləri də Yaponiyada uğurlu çıxış edəcəklər. Bu çempionat hamı üçün əhəmiyyətlidir. Digər yarışlarda çempion 100, 200 xal qazanırsa, burada qızıl medala layiq görülənə 600 xal verəcəklər. Mənim isə arxada qalan turnirlər əleyhimə işləsə də, hələ vaxtım var”.
Mirəliyev London-2012-yə lisenziyaya sahib ola bilməsə, karyerasını bitirmək barədə düşünür. O, artıq özünə yeni iş yeri də tapıb: “Hələ dəqiq heç nə deyə bilmərəm. Ola bilsin Olimpiadaya gedə bilməsəm, karyeramı bitirəm. Artıq yeni planlar üzərində də iş gedir. Azərbaycan Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərovla söhbətim olub. Gəncəbasar zonasında məşqçi işləməyi və perspektivli cüdoçular yetişdirməyi planlaşdırıram. Fizuli müəllim bunun üçün artıq avtobus verib və tatamilər də göndərəcəyini deyib. Yəni idmandan getsəm də, cüdodan getməyəcəyəm. Bu sahədə öz köməkliyimi göstərməyə çalışacağam”.
Qeyd edək ki, Mirəliyev Pekin Olimpiadasından sonra zədə problemi səbəbindən ciddi uğur qazana bilməyib.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0