Dünya çempionumuz: “Top-10”da olacağımı düşünürdüm
25.12.2010 - 00:01
“Mən üzərimə düşən yükün əziyyətini çəkmişəm. İlk “onluğ”u seçmək isə mənim işim deyil. Bunu Azərbaycan Gənclər və İdman Nazirliyi seçir. Mən də nazirlik üçün deyil, Azərbaycan xalqı üçün güləşirəm. Ölkəmizin bayrağını qaldırır, himnini səsləndirirəm. Xalq mənə qiymət verirsə, bəsimdir”. Bu sözləri apasport.az saytına açıqlamasında sambo üzrə dünya çempionu Elçin Mayılov deyib.
Noyabrın əvvəlində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatı Azərbaycan samboçuları üçün uğurlu alındı. Qızıl medal qazanan Mayılov isə Azərbaycan Gənclər və İdman Nazirliyinin açıqladığı ilin 10 ən yaxşı idmançısı arasında yer almayıb. O bildirib ki, buna görə həvəsdən düşməyəcək: “Tədbirə yollanarkən, “Top-10”da olacağımla bağlı hisslərim var idi. Bu yaxınlarda bir qəzet oxudum. Həmin qəzetdə 4-cü yerdə gedirdim. Məndən öncə Həsən Əliyev, Təvəkkül Bayramov və Xetaq Qazyumov qərarlaşmışdılar. Bəlkə də fikirləşirsiniz ki, ilk “onluq”da yer almadığımdan həvəsdən düşərəm. Amma mən həvəs və qazanc üçün güləşmirəm. Xalqım üçün güləşirəm”.
Mayılov tədbirə yollanarkən adının çıxacağını gözləsə də, sonda fərqlənənlər arasında olmayıb: “Mərasimdə adlar açıqlandıqca, fərəhlə, gülə-gülə hər birini alqışlayırdım. Çünki onlar mənim qardaşlarımdır, onlar da mənimlə birgə tər tökən insanlardır. Deyim ki, ilk “onluq”da yer alanların da seçiləcəklərindən xəbərləri yox idi. Onlar da adları çəkildikcə, səhnəyə yollanırdılar. Təbii ki, hər bir idmançı kimi, mən də bu anı gözləyirdim. Bu dəfə olmadısa, gələn il çıxar. Növbəti Avropa və dünya çempionatlarında da qalib olmağı qarşıma məqsəd qoymuşam”.

0
0