Bir məğlubiyyət, bir qələbə
18.06.2011 - 12:23
Türkiyənin paytaxtı Ankarada keçirilən boks üzrə Avropa çempionatında ilk gün geridə qalıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan idmançılarından Salman Əlizadədən sonra Elvin Məmişzadə (52 kq) rinqə çıxıb. Son Avropa çempionatının gümüş mükafatçısı Türkiyə təmsilçisi Selcuk Ekerlə üz-üzə gəlib. Yerli publikanın dəstəyi ilə irəli atılan Eker yalnız ilk raundda çətinlik çəksə də, qələbəni təmin edib, 22:11.
Bu görüşdən sonra həmyerlilərimizdən Elvin İsayev (60 kq) rinqə çıxıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşma xala-xal prinsipi üzrə davam edib. Sonuncu raundda Azərbaycan idmançısının əsəbləri daha möhkəm olub. 16:15 hesabı ilə qalib gələn İsayev növbəti mərhələyə vəsiqəni təmin edib. Elvin İsayev növbəti döyüşünü Türkiyə boksçusu Fatih Keleşlə qarşılaşacaq.
Bu gün Azərbaycan idmançılarından Rəhim Nəcəfov bolqarıstanlı Detelin Dalakliyevlə, Heybətulla Hacəliyev latviyalı Artur Axmetovla, Osman Əliyev sloveniyalı Ervin Brulçla, Teymur Məmmədov isə macarıstanlı Yozef Darmoşla üz-üzə gələcək.

- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0