Lisenziya xarakterli yarışda 3 qızıl, 2 gümüş və 3 bürünc
07.12.2011 - 13:18
Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində paralimpiyaçılar arasında keçirilən Dünya Oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 8 nəfərlik heyətlə yollanan Azərbaycan atletika üzrə (amputant idmançılar arasında) yığması vətənə eyni sayda – 3 qızıl, 2 gümüş və 3 bürünc medalla qayıdıb.
2012 ci il London Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli turnirdə həmyerlilərimizdən Samir Nəbiyev (disk atma, 42,66 m), Oloxan Musayev (nüvəitələmə, 12,08 m) və Allahverdi Allahverdiyev (nizəatma, 32.75 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Pekin Paralimpiyadasının qalibi Musayev, həmçinin diskatmada da komandamıza medal qazandırıb. O, 38 m 56 sm nəticə ilə ikinci yerə layiq görülüb. Yığmamızın digər gümüş medalı Vüqar Adışirinovun (üçtəkanla tullanma, 13.0 m) aktivindədir.
Atletlərimizdən Hüseyn Həsənov (uzununa tullanma, 6.26 m məsafə) və Mehman Ramazanzadə (2 növdə - diskatma, 33,70 m və nüvəitələmə, 10,60 m) üçüncü yerləri tutublar.

- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0