Elnur Məmmədli ilk “üçlük”də!
12.12.2011 - 13:53
Beynəlxalq Cüdo Federasiyası “Böyük Dəbilə”nin yekunlarına əsasən yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yarışda fərqlənə bilməyən Azərbaycan milli komandasının aparıcı üzvləri yeni siyahıda bir o qədər də irəliləyə bilməyiblər.
Ağayar Axundzadənin yetirmələrindən yalnız 81 kq çəki dərəcəsində mübarizə aparan Elnur Məmmədli və Elxan Rəcəbli 1 pillə qabağa gediblər ki, onlardan da Olimpiya çempionumuz heç turnirdə iştirak etməyib. Rəcəbli isə 1/8 finalda uduzub. Lakin onların rəqibləri gerilədiklərindən müvafiq olaraq, 3-cü və 22-ci pilləyə qalxıblar.
Turnirdə 5-ci olan İlqar Müşkiyevin (60 kq) də mövqeyi dəyişməz qalıb. O, əvvəlki siyahıda olduğu kimi 659 xalla ilk “onluğu” qapayır. İlqar kimi Tərlan Kərimov (66 kq) və Elxan Məmmədov (90 kq) da yerlərində sayıblar – 13-cü və 6-cı pillə.
Lakin komanda yoldaşlarından fərqli, Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) hərəyə 1 pillə geriləyiblər. Hazırda onlar müvafiq olaraq, 35, 13 və 15-cidirlər.
Reqlamentə görə, kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaq.
Qeyd edək ki, Qasımova da “Böyük Dəbilqə”də 5-ci yeri tutmuşdu.

0
0