“Platin”lə gələn qızıl
13.01.2012 - 15:52
Bu gün Novxanıdakı “Sərhədçi” Atçılıq Mərkəzində atçılığın konkur növü üzrə CSI2*-W kateqoriyalı “Qış Kuboku” adlı beynəlxalq turnirə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə iştirakçılar hündürlüyü 140-160 sm olan maneələri dəf ediblər.
Gərgin və maraqlı keçən yarış milli komandamızın üzvü Camal Rəhimovun qələbəsi ilə başa çatıb. O, “Platin” ləqəbli atla çempion olub. İkinci yerə isə “Kalinka MNM” ləqəbli atla, Polşa idmançısı Aleksandra Lusina çıxıb. Üçüncü yeri də Rəhimov tutub. Bu dəfə həmyerlimiz “Woodie” ləqəbli atla uğurlu olmağı bacarıb.
Gürcüstanlı Şalva Qaçeçiladze “DAR” ləqəbli atla 4-cü, “Choing Gum” ləqəbli atla isə beşinci nəticə göstərib.
Qeyd edək ki, yarışlarda Azərbaycan çaparları ilə yanaşı, Polşa, Türkiyə və Gürcüstan Respublikasından olan idmançılar da iştirak edir. Türkiyə və İran İslam Respublikasından dəvət olunmuş hakimlər heyətinin idarə etdiyi turnirin ümumi mükafat fondu 93 min ABŞ dollarıdır. Sabah keçiriləcək yarışlarda idmançılar birincilikdə vaxta qarşı mübarizə aparacaqlar. Sonuncu gündə isə Qran-pri mərhələsi keçiriləcək. Yarışlara hər gün saat 11:00-da başlayır.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0