Olimpiya çempionumuz Almatıda rəqib tanımadı
16.01.2012 - 09:39
Qazaxıstanın Almatı şəhərində keçirilən cüdo üzrə “World Masters” seriyasında üçüncü beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, Olimpiadaya lisenziya xalı verən yarış Olimpiya çempionu Elnur Məmmədlinin qızıl medal qazanması ilə yadda qalıb. Cüdoçumuz həlledici mərhələdə yaponiyalı Takahiro Nakaya ippon xalı ilə qalib gəlib. O, bununla həm 6 min ABŞ dolları, həm də 400 Olimpiya xalı qazanıb.
Digər cüdoçularımız - İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq) və Kifayət Qasımova (57 kq) isə Məmmədlidən fərqli, ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıblar. Müşkiyev fransalı Sofian Milousa, Kərimov monqolustanlı Tsaqanbaatar Xaşbaatara, Qasımova braziliyalı Rafaela Silvaya yenilib.

- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0