Taekvondoçularımızın son lisenziya şansı
16.01.2012 - 17:33
Azərbaycan taekvondoçuları yanvar 27-29-da Rusiyanın Kazan şəhərində 2012-ci il London Yay Olimpiya Oyunlarına son lisenziyalar uğrunda Avropa Təsnifat Turnirinə yollanmağa hazırlaşır. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, milli komandamızın məşqçilər heyətinin qərarı ilə yarışda iştirak edəcək Təvəkkül Bayramov (+80 kq) və Günay Ağakişiyeva (57 kq) yanvarın 23-də səfərə yollanacaq və 8 gün sonra vətənə dönəcəklər.
Bu turnir taekvondoçularımızın London olimpiadasına lisenziya əldə etmələri üçün son imkandır. Artıq iki taekvondoçumuz - Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqəni təmin ediblər.
Qeyd edək ki, bir neçə gün öncə Dünya Taekvondo Federasiyası (WTF) tərəfindən Azərbaycan Taekvondo Federasiyasının l vitse-prezidenti Füzuli Musayev yarışa Nəzarət komissiyasının üzvü təyin olunub.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0