Millimiz Səudiyyə Ərəbistanına yollanacaq heyəti açıqladı
17.01.2012 - 12:40
Ağırlıqqaldırma üzrə gənclərdən ibarət Azərbaycan milli komandası ilk dəfə təşkil ediləcək İslam Ölkələrinin Həmrəylik Çempionatında qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Nizami Paşayev Səudiyyə Ərəbistanının Dammam şəhərində baş tutacaq bu yarışda millinin ehtiyat üzvlərini sınaqdan keçirəcək.
Yanvar 28-də start götürəcək turnirdə ölkəmizin idman şərəfini Paşa İbrahimli, Rauf Nəbiyev (hər ikisi 62 kq), Firudin Quliyev, Elxan Əliquluzadə (hər ikisi 69 kq), Nicat Rəhimov (77 kq), Namiq Cəmilov, Turan Abdullayev (85 kq) və Nailxan Nəbiyev (94 kq) qoruyacaqlar. Komandamız fevralın 2-nə kimi davam edəcək “islam ölkələrinin dünya çempionatı”na Paşayev və məşqçi Xanlar Nəbiyevin rəhbərliyi altında yarışın startından 1 gün öncə yollanacaq.
Qeyd edək ki, əsas yığmamız Avropa çempionatı və 2012-ci il London Yay Olimpiya Oyunlarına hazırlıqlarını davam etdirir.

- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0