Olimpiya Oyunlarında qoyun yarışı!
17.01.2012 - 14:10
Yeni zelandiyalı fermerləri birləşdirən “Federated Farmers” təşkilatı qoyun qırxımını Dostluq və Olimpiya Oyunlarının proqramına salınmasını təklif edib. Lent.az-ın məlumatına görə, qurumun saytında yerləşdirilmiş açıqlamada qoyun qırxımının idmanda ən yüksək səviyyəyə qaldırılmasının vacibliyi vurğulanıb.
Təklif olunub ki, bu, qarşıdakı olimpiadalardan birində nümunəvi növ kimi təqdim edilsin. Amma belə bir növün Dostluq və Olimpiya Oyunlarının proqramına salınma şansı çox azdır. Bu, qoyun qırxımının dünyada az yayılması ilə bağlıdır.
Qeyd edək ki, idmansayağı qoyun qırxımı ilə Yeni Zelandiyadan əlavə İrlandiya və Avstraliyada da məşğul olurlar. Martda Yeni Zelandiyada dünya çempionatı olacaq. İlk belə yarış isə 1977-ci ildə baş tutub. O vaxtdan dünya çempionatları hər 2-3 ildən bir keçirilir. Qoyun qırxımında dünya rekordları da var. Məsələn, kişilər arasında 8 saatlıq tək qırxmada dünya rekordu irlandiyalı Ayvan Skotta məxsusdur. O, 749 qoyunu qırxıb.

- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0