Qadın güləşçilər Ukraynada qüvvələrini sınayacaq
01.02.2012 - 12:21
Qadın güləşi üzrə Azərbaycan milli komandası fevralın 2-14-də Kiyevdə təlim-məşq toplanışında və 15-16-da ənənəvi beynəlxalq turnirdə iştirak edəcəklər. Apasport.az saytının məlumatına görə, baş məşqçi Rövşən Umudov və böyük məşqçi Qrek İqnatın rəhbərliyi altında yığmanın üzvləri bu gün Ukraynaya yola düşəcək.
Heyətdə Mariya Stadnik (48 kq), Patimat Baqomedova (51 kq), Yuliya Ratkeviç (55 kq), Sona Əhmədli (59 kq), Olesya Zamula, Anna Belyayeva, Gözəl Zutova (hamısı 63 kq), Nadya Sementsova (67 kq) və Dina İvanova (72 kq) yer alıblar.
Turnirin proqramına əsasən, ilk gün 48, 55, 63, 72 kq, ikinci gün isə 51, 59, 67 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparacaq.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0