Peşəkar boksda daha bir ölüm - FOTO
04.02.2012 - 14:57
Peşəkar boksda növbəti ölüm hadisəsi baş verib. Apasport.az saytının məlumatına görə, filippinli Karlo Makuinto keçirdiyi döyüşdən sonra xəstəxanada vəfat edib.
Belə ki, ən yüngül çəki dərəcəsində mübarizə aparan idmançı həmyerlisi Mark Cozef Kosta ilə döyüşün birinci raundunda 2 dəfə nokdauna düşüb. Bundan sonra hakimlər görüşü dayandırıb və koma vəziyyətinə düşən Karlonu təcili xəstəxanaya çatdırıblar. Lakin həkimlər 21 yaşlı boksçunun həyatını xilas edə bilməyiblər.
O, komadan ayılmayıb və bir neçə saat sonra Keson-Siti klinikalarının birində dünyasını dəyişib.
Qeyd edək ki, gənc boksçunun peşəkar karyerasına başlamasının heç bir ili tamam olmayıb. Bu müddətdə o cəmi 7 döyüş keçirib və 6 qələbə qazanıb. Karyerasında ilk məğlubiyyət isə Makuinto üçün sonuncu olub.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0