Zeynəb Məmmədyarova Aleksandra Kostenyukla oynayacaq
17.02.2012 - 15:47
Sabah Gürcüstanın paytaxtı Tiflisdə qadınlar arasında Peşəkar Şahmatçıların Assosiasiyasının (PŞA) kuboku uğrunda sürətli şahmat üzrə yarışa start veriləcək. Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanı Zeynəb Məmmədyarova təmsil edəcək.
Yarışda qrossmeysterimizlə yanaşı, Aleksandra Kostenyuk, Nadejda və Tatyana Kosinseva bacıları (hər üçü Rusiya), Nana Caqnidze, Maya Çiburdanidze (hər ikisi Gürcüstan), Viktoriya Çmilite (Litva), Antoaneta Stefanova (Bolqarıstan), Anna Muzıçuk (Sloveniya), Katerina Lahno (Ukrayna), Pia Kramlinq (İsveç) və Anna Zatonskix (ABŞ) də qüvvələrini sınayacaqlar.
Yarışın təntənəli açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 20:00-da olacaq. Burada həmçinin ilk turun təqvimi də bilinəcək.
Qeyd edək ki, fevralın 22-nə kimi davam edəcək turnirin mükafat fondu 40 min ABŞ dollarıdır. Çempion adını qazanacaq zəka sahibi isə 10 min dollara yiyələnəcək.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0