“Bu gün baş verənləri aydınlaşdırmaq çətindir”
11.06.2012 - 08:37
“Bu gün baş verənləri aydınlaşdırmaq çətindir. Biz start fitindən cəmi 2 dəqiqə sonra top buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İrlandiya yığmasının baş məşqçisi Covanni Trapattoni deyib. Tarixində 2-ci dəfə Avropa çempionatının final mərhələsində iştirak edən irlandiyalılar bu dəfə startda Xorvatiya millisinə 1:3 hesabı ilə uduzdu.
Trapattoninin fikrincə, erkən qol buraxmaları komandasına psixoloji planda mənfi təsir göstərib: “Mən bunun belə olduğunu bilirəm. İkinci hissədə bir neçə futbolçunu dəyişdik və daha yaxşı oynadıq. Ancaq təəssüf ki, daha qol vura bilmədik. Biz 1/4 finala çıxmaq imkanımızın olduğuna hələ inanırıq. Axı İspaniya və İtaliya yığmaları heç-heçə oynadı”.
Qeyd edək ki, İrlandiya qrupda 2-ci oyununu son Avropa və dünya çempionu İspaniya millisi ilə keçirəcək.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0