Visente del Boske: Mən oyundan və nəticədən razıyam
11.06.2012 - 08:48
“Biz yaxşı matç keçirdik. Prinsipcə, mən oyundan və nəticədən razıyam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İspaniya yığmasının baş məşqçisi Visente del Boske deyib. Son Avropa çempionu Polşa və Ukraynada keçirilən qitə birinciliyinə İtaliya yığması ilə 1:1 hesablı bərabərliyə qalmaqla başladı.
Təcrübəli ispaniyalı mütəxəssis hücumda oynatdığı yarımmüdafiəçi Sesk Fabreqasdan razı qalıb: “O, mərkəz hücumçusu mövqeyində yaxşı oyun keçirdi. Fernando Torresin meydana çıxmağı ilə oyun daha açıq idi. Bizim daha çox şansımız yaranmağa başladı. Ancaq unutmayın ki, rəqibdə də belə idi. Seçimimizin düzgün olub-olmadığını vaxt göstərəcək”.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0