Avropa çempionatlarında görünməmiş rekord
26.06.2012 - 10:07
Avropa çempionatları tarixində görünməmiş rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Polşa və Ukraynada keçirilən final mərhələsini oyunlarını stadiondan izləməyə artıq 1 milyon 274 min 186 nəfər gəlib. Bu haqda UEFA-nın İcraiyyə Komitəsi məlumat verib. Nəticədə 1960-cı ildən keçirilən turnir üçün qeydə alınan mütləq rekord qrup və 1/4 final oyunlarının nəticələrinə əsasən müəyyənləşib. Turnirdə 3 oyun qalıb ki, buna əsasən say 1,4 milyona kimi arta bilər.
Buna qədər rekord 2004-cü ildə Portuqaliyada keçirilən final mərhələsinə məxsus olub. Onda arenalara 1,12 milyon azarkeş gəlmişdi. 2008-ci ildə Avstriya və İsveçrədə keçirilən turnirdə isə stadionlarda 1,14 milyon azarkeş olub.
Qeyd edək ki, hazırkı turnirdə orta azarkeş sayı 1 oyuna 45 min 507 nəfərdir.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0