Ağayar Axundzadə: Cüdoçularımızın hər birindən medal gözləyirik
24.07.2012 - 14:21
“Londona Olimpiadasına hazırlığımızı İspaniya, Yunanıstan və digər xarici ölkələrdə keçmişik. Son olaraq, İsmayıllıda təlim-məşq toplanışımız oldu”. Apasport.az saytının məlumatına görə, bunu cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi Ağayar Axundzadə deyib.
Təcrübəli mütəxəssis London Olimpiadasına millimizin yolasalma mərasimində hazırlıqlarını yüksək qiymətləndirib. O bildirib ki, Böyük Britaniya paytaxtına gedən 8 cüdoçunun hər biri fəxri kürsüdə yer almaq gücündədir: “Olimpiadaya 4-5 gün qalmış yollanırıq. Cüdo üzrə yarışlar iyulun 28-də başlayacaq. Yetirmələrimin hər birindən medal gözləyirik. Lisenziyanın qazanılması özü böyük bir qələbədir. Çünki burada dünya reytinqinə görə 22 idmançı iştirak edir. Bizim cudoçuların da reytinqləri yüksəkdir. Məsələn, Elnur Məmmədli 81 kq çəki dərəcəsində 3-cü, İlqar Müşkiyev 7-cidir. Buna görə onların hər birinə böyük ümidlər bəsləyirik”.

- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0