Olimpiyaçılarımızın 5-ci cəhdi: İlk dəfə adada!
26.07.2012 - 14:22
Sabah XXX Yay Olimpiya Oyunlarının açılış mərasimi olacaq. Apasport.az saytının məlumatına görə, artıq dünən futbolçuların mübarizəsi ilə start götürən London Olimpiadası rəsmən iyulun 27-dən başlayacaq.
Böyük Britaniya paytaxtında keçiriləcək 4 illiyin ən möhtəşəm idman yarışı sayca 30-cu olsa da, 27-ci dəfə təşkil edilir. Belə ki, I və II dünya müharibələri zamanı 3 Yay Olimpiya Oyunları baş tutmayıb.
Yubiley – XXX Olimpiadanı qəbul edən London 3-cü dəfə bu yarışın ev sahibi olacaq. 1908 və 1948-ci illərdə buna nail olan “Dumanlı Albion”un paytaxtındakı bu dəfəki yarış əvvəlkilərdən xeyli fərqlənəcək. 64 illik fasilədən sonra adaya qayıdan Olimpiadada həmin vaxtkı ilə müqayisədə böyük dəyişikliklər nəzərə çarpır. Bunlar iştirakçı ölkələrin, idman növlərinin, idmançıların və medal dəstlərinin sayında aşkar hiss olunur.
Bu dəfə 302 medal dəsti uğrunda 204 ölkədən olan idmançılar mübarizə aparacaq. Təxminən 10 min 500 idmançı 17 gün ərzində 36 idman növündə ən güclüləri müəyyənləşdirəcək. Sabah yerli vaxtla rəmzi olaraq 20:12-də (Bakı vaxtı ilə saat 00:12-də) keçiriləcək rəsmi açılış mərasimi ilə bu mübarizəyə start veriləcək. Olimpiadanın ilk qalibi isə iyulun 28-də müəyyənləşəcək. Həmin gün ilk olaraq, 10 m məsafəyə pnevmatik tüfəngdən atəş açmaqda medalçıların adlarına aydınlıq gələcək. Sonuncu medal dəsti isə qadınlar arasında müasir beşnövçülük yarışında fərqlənənlərə veriləcək.
204 iştirakçı ölkə arasında Azərbaycan da var ki, yığmamızı Londonda rekord sayda – 53 idmançı təmsil edəcək. Eyni sayda medal uğrunda mübarizə aparacaq idmançılarımızdan 39-u kişi, 14-ü qadındır. 5-ci dəfə müstəqil ölkə kimi Yay Olimpiya Oyunlarına qatılan millimiz tarixində ilk dəfə adada mübarizə aparacaq.
Təmsilçilərimiz arasında mübarizəyə qoşulacaq ilk idmançı cüdoçumuz İlqar Müşkiyevdir (60 kq) ki, o, Azərbaycan üçün ilk medalın sahibi də ola bilər. Ümumilikdə isə Londonda ən azı 9 medalın qazanılacağına ümid olunur. Bu da 15 idman növündə yarışacağımız Olimpiadada növbəti rekordumuz kimi tarixə düşə bilər. Belə ki, idmançı (53) və idman növünün sayında (15) əvvəlki Olimpiya Oyunlarında əldə etmədiyimizə nail olan ölkəmiz üçün medal sayında ən yüksək rəqəm 7-dir. Bu da 4 il öncə Pekində qeydə alınıb. Həmin rekordun da yenilənməsi 3 qat rekorda səbəb olacaq.
Təmsil olunduğumuz 15 idman növü arasında əsas medal ümidlərimiz boks, güləş, cüdo, ağırlıqqaldırma, taekvondo, bədii gimnastika, kanoe və akademik avarçəkmə ilə bağlıdır. Bu 8 növdən son 5-də ilk imza ataraq, Olimpiya tariximizdə ilk medalı qazana bilərik. Boks, güləş və cüdoda əvvəlki yarışların uğurlu ənənəsini davam etdirmək gücündəyik.
Digər idman növlərinin bəzilərində medal qazanılarsa, bu sensasiya kimi qəbul edilməyəcək. Bu daha çox atıcılıq və atçılığa aiddir. Lakin üzgüçülük, atletika, qılıncoynatma və velosiped idmanında (veloşosse) isə fəxri kürsüdə yer almağa ciddi ümid bəslənilmir. Əslində onların Olimpiadada iştirakının özü böyük uğurdur. Son idman növündə isə müstəqil yığma kimi ilk dəfə mübarizə aparacağıq.

İdman növü | İdmançı sayı | Lisenziya sayı |
---|---|---|
1. Atçılıq (konkur) | Camal Rəhimov | 1 |
2. Atıcılıq (güllə atıcılığı) | İradə Aşumova (25 m) | 1 |
3. Atletika | Dmitri Marşin (çəkicatma) Hayle İbrahimov (5000 m məsafəyə qaçış) Layeş Abdullayeva (3000 m məsafəyə maneələrlə qaçış və 5000 metr məsafəyə qaçış) | 4 |
4. Ağırlıqqaldırma | Valentin Xristov (56 kq) Əfqan Bayramov (69 kq) Sərdar Həsənov (69 kq) İntiqam Zairov (94 kq) Veliçko Çolakov (+105 kq) Boyanka Kostova (58 kq) | 6 |
5. Akademik avarçəkmə | Aleksandr Aleksandrov (2000 m) Nataliya Mustafayeva (2000 m) | 2 |
6. Boks | Elvin Məmişzadə (52 kq) Məhəmməd Abdulhəmidov (56 kq) Heybətulla Hacıəliyev (64 kq) Soltan Migitinov (75 kq) Vətən Hüseynli (81 kq) Teymur Məmmədov (91 kq) Məhəmmədrəsul Məcidov (+91 kq) Yelena Vıstropova (75 kq) | 8 |
7. Bədii gimnastika (fərdi çoxnövçülük) | Aliyə Qarayeva | 1 |
8. Cüdo | İlqar Muşkiyev (60 kq) Tərlan Kərimov (66 kq) Rüstəm Orucov (73 kq) Elnur Məmmədli (81 kq) Elxan Məmmədov (90 kq) Elmar Qasımov (100 kq) Kifayət Qasımova (57 kq) Ramilə Yusubova (63 kq) | 8 |
9. Güləş | Sərbəst güləş Toğrul Əsgərov (60 kq) Cəbrayıl Həsənov (66 kq) Əşrəf Əliyev (74 kq) Şərif Şərifov (84 kq) Xetaq Qazyumov (96 kq) Camaləddin Maqomedov (120 kq) Yunan-Roma güləşi Rövşən Bayramov (55 kq) Həsən Əliyev (60 kq) Emin Əhmədov (74 kq) Saman Tahmasibi (84 kq) Şalva Qadabadze (96 kq) Qadın güləşi Mariya Stadnik (48 kq) Yuliya Ratkeviç (55 kq) | 13 |
10. İdman gimnastikası (fərdi çoxnövçülük) | Şakir Şıxəliyev | 1 |
11. Kanoe sprint (kanoe) | Sergey Bezuqlıy - Maksim Prokopenko (1000 m) Valentin Demyanenko (200 m) | 2 |
12. Qılıncoynatma (sablya) | Səbinə Mikina | 1 |
13. Taekvondo | Ramin Əzizov (80 kq) Fəridə Əzizova (67 kq) | 2 |
14. Üzgüçülük | Yevgeni Lazuka (batterflay, 100 m) Oksana Hətəmxanova (brass, 100 m) | 2 |
15. Velosiped idmanı (veloşosse) | Yelena Çalıx | 1 |
0
0