Samarada qazanılan 4 medal
08.12.2012 - 22:32
Rusiyanın Samara şəhərində dünya çempionu, 3 qat Avropa çempionu Vasili Şışovun şərəfinə beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda 7 dövlətin - Rusiya, Azərbaycan, Çin, Özbəkistan, Qazaxıstan, Belarus və Ermənistan idmançıları mübarizə aparıb. Turnirdə ölkəmizi məşqçi Rəhim Allahverdiyevin rəhbərliyi altında “Qəzəl Əlcək” idman klubunun üzvləri – Şaban Şahpələngov (60 kq), Tapdıq Bayramov (64 kq), Elnur Süleymanov (69 kq) və Araz İmaməliyev (49 kq) təmsil edib.
Komandamız vətənə 3 qızıl və 1 bürünc medalla dönüb. Şahpələngov, Bayramov və İmaməliyev bütün döyüşlərini qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnur Süleymanov isə bürünc medalla kifayətlənib.
Bununla da komandamız medalların sayına görə Rusiyadan sonra 2-ci yeri tutub.
Qeyd edək ki, yarışda ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil edib.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0