3 boksçumuz Xabarovskda gümüş medal qazandı
20.05.2013 - 15:45
Rusiyanın Xabarovsk şəhərində Sovet İttifaqı Qəhrəmanı Konstantin Korotkovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda ölkəmizi təmsil edən 5 boksçudan 3-ü mükafatçılar sırasına düşüb.
56 kq çəki dərəcəsində çıxış edən Tural Əhmədov yarımfinalda rusiyalı Vyaçeslav Mirzəyevi məğlub etdikdən sonra həlledici görüşdə Qazaxıstan təmsilçisi Kayrat Yeraliyevlə qarşılaşıb. İki xal fərqlə (8:10) uduzan Əhmədov gümüş mükafata sahib olub. “Baku Fires” klubunun üzvü Abdulqadir Abdullayev də (91 kq) Xabarovskdan gümüş medalla dönüb. Boksçumuz finalda rusiyalı Şamil Mataşevə 7:13 hesabı ilə məğlub olub.
Superağır çəkidə yarışan Aleksandr Babiç də yalnız finalda uduzub. O, yarımfinalda hindistanlı Kumar Satişi üstələyib – 16:7. Babiç finalda London Olimpiadasının bürünc mükafatçısı İvan Dıçkoya (Qazaxıstan) müqavimət göstərməyə çalışsa da, məğlubiyyətdən xilas ola bilməyib – 3:9.
Qeyd edək ki, komandamızın heyətində 2 boksçu – İlkin Ağayev (60 kq) və Rafiq Əliyev (81 kq) mükafatçılar sırasına düşə bilməyiblər.

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0