İslamiadada karateçilərimizdən 4-cü medal
24.09.2013 - 14:07
Azərbaycan millisinin İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan III İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışı davam edir. Apasport.az saytının məlumatına görə, 1 gün öncə 2 medal qazanan komandamız bu gün onların sayını 5-ə çatdırıb.
Yığmamız heyətində isə yenə karateçimiz fərqlənib. Belə ki, 67 kq çəki dərəcəsində döyüşən Niyazi Əliyev Sudan, Əlcəzair və Mərakeş idmançılarına qalib gələrək finala yüksəlib.
Həlledici qarşılaşmada idmançımız Səudiyyə Ərəbistanından olan Alkahazami Fahad Atiasa 2:3 hesabı ilə məğlub olaraq, gümüş medalla kifayətlənib.
Bununla, Azərbaycan karateçilərinin III İslam Həmrəyliyi Oyunlarında qazandıqları medalların sayı 2-si qızıl, 2-si gümüş olmaqla 4-ə çatıb.
Digər gümüş medalımız isə ağırlıqqaldıranımız Silviya Angelovanın (48 kq) aktivindədir.

- Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsi ilə bağlı müzakirələr aparılıb
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
0
0