Fransalı tennis məşqçisi Endryu Qeddesin məhkəməsi keçirilib.
Apasport.az saytının məlumatına görə, İvelin departamentinin məhkəməsi çoxsaylı zorlamalarda ittiham olunan mütəxəssisə 18 il həbs cəzası verib.
O, “Sarsel” klubunda çalışdığı 2000-14-cü illərdə həddi-buluğa çatmayan yetirmələrini zorlamaqda günahkar hesab edilib. 53 yaşlı məşqçinin qurbanları əsasən 12-17 yaşlı tennisçilər olub.
Tennisçilərdən biri 12-14 yaş aralığında olduğu 2 il ərzində 400 dəfədən çox zorlandığını bildirib. Məhkəmədə Qeddes özünü günahkar sayıb: “Qurbanların dəhşətli ifadələri məni özümü əsl alçaq olduğumu başa düşməyə vadar etdi”.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub