AVRO-2020-nin daha bir iştirakçısı turnirə yollanacaq heyəti açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Şimali Makedoniya yığmasının qitə birinciliyi üçün “26-lığ”ı müəyyənləşib.
Baş məşqçi İqor Angelovski 3 qapıçı, 7 müdafiəçi, 9 yarımmüdafiəçi və 7 hücumçuya dəvət göndərib. Yığmanın 38 yaşlı əfsanəvi hücumçusu Qoran Pandev də turnirdə iştirak edəcək.
Qapıçılar: Stol Dimitrievski (“Rayo Valyekano”), Damyan Sikovski (“Doxa”), Risto Yankov (“Rabotniçki”)
Müdafiəçilər: Stefan Ristovksi (“Dinamo”, Zaqreb), Darko Velkovski (“Riyeka”), Visar Musliu (“Fehervar”), Qyanni Alioski (“Lids”), Eqzon Beytulai (“Şkendiya”), Kire Ristevski (“Uypeşt”), Qyoko Zaykov (“Şarlerua”)
Yarımmüdafiəçilər: Ariyan Ademi (“Dinamo”, Zaqreb), Boban Nikolov (“Leççe”), Enis Bardhi (“Levante”), Elif Elmas (“Napoli”), Stefan Spirovski (AEK), Tihomir Kostadinov (“Rujomberok”), Ferhan Hasani (“Partizani”), Daniel Avramovski (“Kayserispor”), Mariyan Radeski (“Akademiya Pandev”)
Hücumçular: Qoran Pandev (“Cenoa”), Aleks Traykovski (“Malyorka”), İvan Trikovski (AEK), Vlatko Stoyanovksi (“Çambli”), Darko Çurlinov (“Ştutqart”), Milan Ristovski (“Spartak”, Trnava), Krste Velkoski (“Sarayevo”).
Qeyd edək ki, Şimali Makedoniya millisi AVRO-2020-nin C qrupunda Niderland, Ukrayna və Avstriya ilə qarşılaşacaq.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO