AVRO-2020-nin final mərhələsinin bir il sonra keçirilməsi variantının mövcudluğu təsdiqlənib.
Apasport.az saytının məlumatına görə, UEFA rəsmisi Evelina Kristillin bunun nəzərdən keçirildiyini açıqlayıb.
İcraiyyə Komitəsinin nümayəndəsi koronavirus pandemiyası üzündən yarışın bir il sonra təşkil olunması ehtimalının olduğunu bildirib: “Mən İcraiyyə Komitəsinin digər üzvlərinin fikirlərini bilmirəm. Amma hesab edirəm ki, indi milli çempionatların başa çatması üçün vaxt saxlamaq və AVRO-2020-ni bir il təxirə salmaq yerinə düşər. Buna görə də biz AVRO-2020-nin növbəti ilə keçirilməsinin mümkünlüyünü götür-qoy edəcəyik”.
Qeyd edək ki, iyunun 12-dən iyulun 12-dək keçirilməsi planlaşdırılan AVRO-2020-nin matçları qitənin 12 şəhərində, o cümlədən Bakıda təşkil olunmalı idi.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib