İyunun 14-də Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı start götürəcək.
Azərbaycan Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, ayın 20-dək davam edəcək qitə birinciliyinin ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq.
Sabah güləşin bu növündə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. İlk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən yeniyetmələr xalça üzərinə çıxacaq. İyunun 15-də isə 45, 51, 60, 71 və 92 kq-da yer alan güləşçilər mübarizəyə qoşulacaq. Qarşılaşmalar hər gün Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Avropa çempionatında millimiz tam heyətlə iştirak edəcək. Bu gün Bolqarıstana yollanan komandamızın tərkibində böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Abil İbrahimovun rəhbərliyi altında Yusif İsparov (45 kq), Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq), Sübhan Səfərli (55 kq), Abdulrəhman İbrahimov (60 kq), Ümid Məmmədov (65 kq), Sadiq Mustafazadə (71 kq), Səttərxan Allahverdili (80 kq), Vüqar Həsənov (92 kq) və Azay İsmayılov (110 kq) yer alıb.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlərimizdən Zaur Şərifov və Tural Əliyev yarışda ədaləti qoruyacaq.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO