Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, qitə birinciliyinin son 3 günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Millimiz bu gün Skopyeyə yollanıb. Məsul yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Zaur Əliyev (55 kq), Zaur Nuriyev (63 kq), Həsrət Cəfərov (67 kq), Xasay Həsənli (72 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) təmsil edəcəklər.
Qeyd edək ki, mayın 20-də güləşin bu növündə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. 60, 67, 72, 82 və 97 kq-da yer alan pəhləvanlar isə mayın 22-də mübarizəyə qoşulacaq.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO