Yunan-Roma güləşi üzrə millimiz Belarusda təlim-məşq toplanışını davam etdirir.
Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, fevralın 8-də start götürən hazırlıq prosesində Azərbaycan, Belarus, Qazaxıstan və Özbəkistan yığmaları iştirak edir.
Fevralın 25-dək davam edəcək toplanışda həm taktiki-texniki, həm də fiziki hazırlığın yüksəldilməsi istiqamətində çalışmalar həyata keçirilir.
Martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan TMT-də baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Murad Bazarov (hər ikisi 60 kq), Namaz Rüstəmov, İslambek Dadov (hər ikisi 67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev, Zamir Məhəmmədov (97 kq), Beka Kandelaki və Sabah Şəriəti (+130 kq) iştirak edir.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub