Macarıstanın paytaxtı Budapeştdə keçirilən su idman növləri üzrə Avropa çempionatında Azərbaycan üzgüçüləri mübarizəyə başlayıb.
Apasport.az saytının məlumatına görə, start xəttinə çıxan hər iki idmançımızın çıxışı uğursuz alınıb.
Xənqah Şeyxəlizadə 100 metr məsafəyə batterflyay üsulu ilə üzməkdə yarışıb. 17 yaşlı xanım idmançı məsafəni 1 dəqiqə 01,63 saniyəyə qət edib.
İdmançımız yer aldığı ikinci qrupda 5-ci yerlə kifayətlənib. Ümumilikdə 54 iştirakçı arasında yalnız 41-ci olan üzgüçümüz yarımfinala vəsiqə qazana bilməyib.
Fatimə Əlkərəmova isə 800 metri sərbəst üsulla qət edib. O, finişə 9 dəqiqə 14,91 saniyəyə çatıb.
19 yaşlı 3-cü qrupda 7-ci olub. 28 iştirakçı arasında 27-ci olan Fatimə finala vəsiqə qazanmayıb.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO