Yunan-Roma güləşi üzrə yığmamız bu gün lisenziya turniri ərəfəsində son təlim-məşq toplanışına start verib.
Apasport.az saytının məlumatına görə, millimiz son hazırlıq prosesini də vətəndə keçir.
Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında reallaşan hazırlıq Olimpiya Güləş Mərkəzində təşkil olunub. Öncəki toplanışda əsasən fiziki hazırlığın yüksəldilməsinə diqqət ayrılmışdısa, bu dəfə daha çox taktiki-texniki çalışmalara üstünlük veriləcək. Martın 19-dək davam edəcək hazırlıq prosesində Hindistan yığması da iştirak edir. Bu komanda son Asiya çempionatında 1 qızıl, 4 bürünc medal qazanaraq komanda hesabında 2-ci yeri tutub.
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turniri çərçivəsində martın 21-22-də yunan-Roma güləşçiləri Tokio-2020-yə lisenziya qazanmağa çalışacaq. Millimiz 60, 67, 77, 87, 97 və 130 kq-da Olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaq.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"