İsveçrənin Lozanna şəhərində keçirilən Yeniyetmələrin III Qış Olimpiya Oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün qadın fiqurlu konkisürənlərin fərdi yarışları başa çatıb.
İdmançılar sərbəst proqramı yerinə yetiriblər. Olimpiadadakı yeganə Azərbaycan təmsilçisi Yekaterina Ryabova 110,07 xal toplayıb. İdmançımız texniki elementlərə görə 56,14, proqramın ifasında görə 53,93 qiymət alıb. Bu nəticə ilə milliləşdirilmiş legioner sərbəst proqramda 8-ci olub.
İki çıxışın cəmində 169,37 xal toplayan konkisürənimiz yekunda da 8-ci olub. Qısa proqramdan sonra 9-cu olan Y.Ryabova 1 pillə irəliləyib.
Yarışın qalibi adına isə cənubi koreyalı Yonq Yu layiq görülüb – 214,00. Rusiyalılar Kseniya Sinişina (200,03) 2-ci, Anna Frolova (187,72) 3-cü olub.
Qeyd edək ki, idmançımız sabah keçiriləcək komanda yarışlarında da qüvvəsini sınayacaq.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib