AVRO-2020-də ikinci oyun günü başa çatıb.
Apasport.az saytının məlumatına görə, B qrupunda I tura Sankt-Peterburqda yekun vurulub.
Rusiya yığması çempionatın favoritlərndən olan Belçika ilə üz-üzə gəlib. Roberto Martinesin yetirmələri qarşılaşmanın taleyini ilk yarıda həll edib.
Öncə Romelu Lukaku erkən qola sevinib. Belçikalı bu qolu “İnter”dəki komanda yoldaşı, Danimarka millisinin huşunu itirən futbolçusu Kristian Eriksenə həsr edib. Ardınca Tomas Menye fərqi iki topa çatdırıb.
İkinci hissədə də üstünlüyə sahib olan belçikalılar qarşılaşmaya tam nəzarət edib. Lakin FİFA reytinqinin lideri hesabı yalnız matçın sonlarında dəyişə bilib. AVRO-2020-nin ilk dublunun müəllifi olan Lukakunun qolu böyükhesablı qələbəni rəsmiləşdirib.
Qeyd edək ki, qrupun digər oyununda da AVRO-2020-nin ev sahiblərindən olan komanda məğlubiyyətlə üzləşib. Danimarka Finlandiyaya 0:1 hesabı ilə uduzub.
AVRO-2020
12 iyun
I tur, B qrupu
23:00. Belçika – Rusiya - 3:0
Qollar: Romelu Lukaku, 10, 88, Tomas Menye, 34
Baş hakim: Antonio Migel Mateu Lahoz (İspaniya)
“Sankt-Peterburq” stadionu
|
1 |
Belçika |
1 |
1 |
0 |
0 |
3-0 |
3 |
|
2 |
Finlandiya |
1 |
1 |
0 |
0 |
1-0 |
3 |
|
3 |
Danimarka |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |
|
4 |
Rusiya |
1 |
0 |
0 |
1 |
0-3 |
0 |
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO