“Kristian Eriksenlə gün ərzində bir neçə dəfə söhbət etmişəm”.
Apasport.az saytının məlumatına görə, bunu Danimarka milli komandasının həkimi Morten Bozsen deyib.
O, yığmanın Finlandiya ilə görüşündə (0:1) huşunu itirərək yerə yıxılan Kristian Eriksenin indiki durumuna aydınlıq gətirib: “Onun durumu sabitdir - gümrahlaşır. Lazımi şəkildə və səlis danışır, ürəyi yenə döyünür. Yaranan vəziyyətdə hər şey qaydasındadır. Eriksen gün ərzində futbolçularla da ünsiyyətdə olub. Növbəti müayinələr və nəzarət üçün hələ də xəstəxanada qalmalıdır. Amma indiyə qədər aparılan testlər hər şeyin qaydasında olduğunu göstərir”.
Həkim hadisə zamanı baş verənləri də xatırlayıb: “Biz qaçıb özümüzü ona yetirəndə artıq nəbzi vurmurdu. Bu, ürəyin dayanması idi. Biz defibrilyator vasitəsilə reanimasiya etdik. Bu çox sürətli baş verdi”.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO